Teatr Yeni il münasibətilə “N” saylı hərbi hissədə şou-proqramla çıxış edib

Bu yazı 236 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı hər il olduğu kimi bu ildə yeni il münasibətilə "N” saylı hərbi hissədə şou-proqramla çıxış edib. 

"Yeni il sərgüzəştləri” adlı tamaşa, teatrın aparıcı aktyor və aktrisalarının ifasında səslənən bayram əhval-ruhiyyəli mahnılar, rəqslər ən əsası isə sonda Şaxtababa və Qarqızın çıxışı bütün hərbi hissə heyəti tərəfindən maraqla qarşılanıb. Bayram ərəfəsində əsgərlərdə xoş stimul yaradıb. 

Məlumat üçün bildirək ki, teatr 5 yanvar tarixinədək Füzuli, Beyləqan və Ağcabədi rayonları istiqamətində yerləşən hərbi hissələrdə bayram şou-proqramı ilə çıxış edəcək.