"Əməkdar mədəniyyət işçisi" Vaqif Vəliyevin 60 illik yubileyi qeyd olunub

Bu yazı 176 dəfə oxunub

Füzuli Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin 60 illiyinə həsr olunmuş "Ömrün 60 ili”adlı yubiley gecəsi keçirilib. 

Rayon İcra Hakimiyyəti rəsmilərinin, Təhsil, Səhiyyə, Sərhəd və "N” saylı hərbi hissə heyətlərinin və ümumilikdə rayon ictimaiyyətinin iştirak etdiyi yaradıclıq gecəsi böyük maraqla qarşılanıb. Belə ki, gələn qonaqların xüsusi təbrik çıxışları, Vaqif Vəliyev yaradıcılığını əks etdirən xatirələr, teatr fəaliyyəti dövründə quruluş verdiyi tamaşalardan təqdim olunan parçalar gələn qonaqlarda bu əlamətdar gündə xoş əhval-ruhiyyə yaradıb. Daha sonra Vaqif Vəliyevə yaradıcılığına, rayonun ictimai-siyasi həyatında göstərdiyi fəal xidmətlərinə və "N” saylı hərbi hissədəki kollektivlə birlikdə etdiyi davamlı çıxışlarına görə fəxrifərman ,diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Sonda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, Vaqif Zülfü oğlu Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "mədəni-maarif” fakultəsində təhsil alıb.

1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində işləyib.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir. 1990-cı ildən 1999-cu ilədək teatrın bədii rəhbəri və direktoru vəzifəsində işləyib.

İşlədiyi müddətdə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”, Səttar Axundovun "Bəndalı bəndə düşüb”, Altay Məmmədovun "Kişilər”, Loğman Rəşidzadənin "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş və İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadənin "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadənin "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırıb.

Bütün bunlarla yanaşı Rayonda keçirilən kütləvi tədbirlərin bədii rəhbəri və quruluşçu rejissorudur.
Bir sözlə Vaqif Vəliyev teatr ənənəsinin yaşamasında əvəzsiz rol oynayıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilib.

Ailəlidir, 3 övladı var.