“Yurda qayıdış” tamaşası Horadiz şəhər 2 nömrəli tam orta məktəbin kollektivinə təqdim edilib
Bu yazı 2252 dəfə oxunub
Füzuli Dövlət Dram Teatrı Elçin Hüseynbəylinin "Qaçaq qocalar” əsəri əsasında hazırlanan "Yurda qayıdış” tamaşasını Horadiz şəhər 2 nömrəli tam orta məktəb kollektivinə təqdim edib.
Uzun illərdir ki, vətənindən uzaq düşmüş iki qocanın yurda- Cocuq Mərcanlıya qayıdışı, nikbin həyat fəlsəfəsi, gələcəyə inamlı baxışları əsərdə böyük məna kəsb edir. Son nəfəslərini vətəndə verən iki qoca bu əməlləri ilə bütün xalqı əzəli dədə-baba torpaqlarına qayıdışa səsləyir.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada əsas rollarda Sehran Xanlarov, Əli Hüseynov, Məryəm Məmmədova çıxış edir.
Sosial