Teatr “N” saylı hərbi hospitalın şəxsi heyəti qarşısında tamaşa-konsert proqramı ilə çıxış edib

Bu yazı 76 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Azərbaycan Ordusunun 100 və Milli müstəqillik günü münasibətilə "N” saylı hərbi hospitalın şəxsi heyəti qarşısında tamaşa-konsert proqramları ilə, həmçinin teatrın repertuarında olan tamaşalardan parçalarla çıxış edib.

Əməkdar artist Asif Şirinov, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Məryəm Məmmədova, Habil Hacıyev, Vaqif Rəhimov, Elşən Gözəlov, Aygün Cəfərova və başqalarının bir-birindən maraqlı çıxışları "N” saylı hərbi hospitalının şəxsi heyəti tərəfindən alqışlarla qarşılanıb.

Sonra çıxış edən nümayəndələr teatrın mütəmadi olaraq "N” saylı hərbi hissədəki davamlı çıxışlarını yüksək qiymətləndirərək, teatr rəhbərliyinə hərbi hissədəki çıxışlarına görə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir teatrın aktrisası İntizar xanım Quliyevanın "Yaşa Azərbaycan” mahnısını ifa etməsi ilə sona çatıb.