Teatr Qayıdış qəsəbələrində qastrol səfərindədir

Bu yazı 112 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı rayondan 70 km məsafədə müxtəlif istiqamələrdə yerləşən Qayıdış qəsəbələrində qastrol səfərindədir. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi və quruluşu əsasında hazırlanan "Vəzirsiz saray” adlı tamaşa artıq bu gün Qayıdış 1 qəsəbəsində orta məktəb kollektivinə təqdim olunub. 

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Nicat Süleymanov, Sevinc Məmmədova, Sehran Xanlarov, Əli Hüseynov, Elşən Gözəlov və başqaları çıxış edir. 

Qastrol səfərinin 17 oktyabr tarixindən, 25 oktyabr tarixinədək davam edilməsi nəzərdə tutulub.