Teatr “N” saylı hərbi hissələrdə çıxışlara start verib

Bu yazı 77 dəfə oxunub

Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar teatr Füzuli, Beyləqan və Ağcabədi istiqamətində yerləşən "N” saylı hərbi hissələrdə çıxışlarına start verib. 

Proqramda teatrın repertuarındakı tamaşalardan parçalar, ordumuzun şanlı tarixini əks etdirən və əsgər həyatına həsr olunmuş şeir və çıxışlar, həmçinin aktyor və aktrisaların ifasında hərbi-vətənpərvərlik mahnıları yer tutur. 

10-11 oktyabr tarixində teatr silsilə tədbirlərin davamı olaraq Beyləqan və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrdə olub. 

Müdafiə Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə Füzuli Dövlət Dram Teatrının bu addımı yüksək qiymətləndirilib və teatr hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.