Füzuli Dövlət Dram Teatrı XXX mövsümünü açıb

Bu yazı 119 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı XXX mövsümünü açıb.

Teatr yeni mövsümü 2018-ci ilin repertuarında yer alan Əhməd Orucoğlunun "Nənənin kələyi” tamaşası ilə açıb. Əli Hüseynovun quruluşu əsasında hazırlanan tamaşanın , quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Tamaşada İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Vaqif Rəhimov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edir. 

Mövsüm açılışında tamaşaçı qismində rayon icra hakimiyyətinin rəsmiləri, Horadiz şəhər ümumtəhsil məktəblərinin kollektivi iştirak edib. 

Sonda çıxış edənlər teatr heyətini yeni mövsüm münasibətilə təbrik ediblər və gələcək işlərində uğurlar arzulayıblar.