Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib

Bu yazı 64 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib. 

Teatrın təsərrüfat müdiri vəzifəsində çalışan Əyyub Alışov dünyasını dəyişib. 

Məlumat üçün bildirək ki, Ə.Alışov uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Əyyub Usub oğlu Alışov 1948-ci ildə Füzuli rayonunun Qazaxlar kəndində anadan olub. 2004-ci ildən Füzuli Dövlət Dram Teatrında işləyir. 

Teatrda texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyib, daha sonra təsərrüfat müdiri vəzifəsində çalışıb.