Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb

Bu yazı 153 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb.

Yeni mövsümlə əlaqədar iclas keçirilib. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək bütün kollektivə yeni iş mövsümdə uğurlar arzulayıb. Daha sonra ötən ilə nəzər salaraq teatrın uğurları və əldə etdikləri bəraədə qısa məlumat verib, yeni mövsüm açılışı ilə əlaqədar rəy və tapşırıqlarını nəzərə çatırıb.

Məlumat üçün bildirək ki, XXX mövsüm 25 senytabr 2018-ci il tarixində Ə.Orucoğlunun "Nənənin kələyi” tamaşası ilə açılacaq. 

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Tamaşada əsas rollarda İntizar Quliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, , Sehran Xanlarov, Qaçaq Qarayev çıxış edir.