Füzuli DDT-ı “Bəndalı bəndə düşüb” tamaşasını polis işçilərinə təqdim edib

Bu yazı 276 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 2 iyul - Polis Günü münasibətilə S.Axundovun "Bəndalı bəndə düşüb” tamaşasını rayon polis şöbəsinin işçilərinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda Habil Hacıyev, İntizar Quliyeva, Vaqif Rəhimov, Əli Hüseynov, Asif Şirinov, Elşən Gözəlov,Qaçaq Qarayev, Aygün Cəfərova və başqaları çıxış edir.

Sonda Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək polis işçilərini bayram münasibətilə təbrik edib, bu çətin, eyni zamanda şərəfli peşədə onlara uğurlar arzu edib.