Füzuli Dövlət Dram Teatrı uşaqları sevindirib

Bu yazı 197 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 1 İyun- Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Əli Səmədlinin "Əhmədin xoruzu” tamaşasını təqdim edib. 

Tamaşa rayon ərazisində fəaliyyət göstərən körpələr evi və uşaq bağçası kollektivinə təqdim olunub. İlk öncə gələn uşaqlara Azərbaycan bayrağı hədiyyə olunub və bu tarixi gün haqqında məlumat verilib.

Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər və valideynlər tamaşanı yüksək qiymətləndiriblər. 

Bağça uşaqlarınında çıxışına yer ayrılması, klounlar və nağıl qəhrəmanlarının iştirakı bayram günündə uşaqların sevincinə səbəb olub.