Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Füzuli DDT-na təbrik məktubu göndərib

Bu yazı 208 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. Ölkə başçısının bu sərəncamı Füzuli Dövlət Dram Teatrı üçün sevindirici və əlamətdar olub. Belə ki, teatrımızın baş rejissoru (aktyoru), tanınmış siması, illərdi teatrımıza, izləyicilərinə öz gözəl obrazları ilə töhvəsini vermiş Asif Şirinov "Əməkdar artist" adına layiq görülüb.

Bu münasibətlə Füzuli Dövlət Dram Teatrına təbriklər göndərilməkdə davam edir.

Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov Füzuli Dövlət Dram Teatrının baş rejissoru ASİF Şirinova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli Asif müəllim,

Sizi yüksək fəxri ad Azərbaycan Respublikasının "Əməkdar artist” adı almağınız münasibətilə təbrik edir, can sağlığı, Füzuli teatrının zəngin ənənələrinin davam etdirilməsi yolunda uğurlar arzulayıram.

Hörmətlə, Elman Məmmədov