“Özümüz bilərik” tamaşası “N” saylı hərbi hissədə əsgərlərə təqdim edilib

Bu yazı 158 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı repertuarında olan Ş.Qurbanovun "Özümüz bilərik” tamaşasını "N” saylı hərbi hissədə əsgərlərə təqdim edib. 

Teatrın baş rejisssoru, əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Elşən Gözəlov, Orxan Əlibəyov, Sehran xanlarov və başqaları çıxış edib. 

Tamaşa hərbi hissə heyəti tərəfindən maraqla qarşılanıb. Asudə vaxtlarında onlarda yüksək stimul yaradıb.