“Dahi” adlı poetik xalq tamaşası nümayiş etdirilib

Bu yazı 220 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Dahi” adlı poetik xalq tamaşası nümayiş etdirilib.

Tamaşada "N” saylı hərbi hissənin şəxsi heyəti, rayon icra hakimiyyətinin rəsmiləri iştirak edib.

Ulu Öndərə həsr olunmuş şerlər, teatrın repertuarında olan tamaşalardan səhnəciklər və rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tamaşanın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinov, musiqi təribatçısı Nizami Süleymanov, quruluşçu rəssamı Ellinaz Balaşovadır.

Tamaşada əsas rollarda İntizar Quliyeva, Habil Hacıyev, Qaçaq Qarayev, Aygün Cəfərova, Asif Şirinov, Sehran Xanlarov, Əli Əliyev, Vaqif Rəhimov və başqaları çıxış edir.

Qeyd edək ki, "Dahi” adlı poetik xalq tamaşası yaxın günlərdə orta məktəb şagirdləri və ictimiyyətə təqdim olunacaq.