“Ələddinin sehrli çırağı” əsərinə ictimai baxış olub

Bu yazı 109 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 2018-ci ilin repertuarında olan, ərəb xalq nağıllarının motivləri əsasında hazırlanan Nicat Kazımovun "Ələddinin sehrli çırağı” əsərinə ictimai baxış olub.

Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Orxan Əlibəyov, İntizar Quliyeva, , Habil Hacıyev, Qaçaq Qarayev, Aygün Cəfərova və başqaları çıxış edir.

Tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır. Lakin insan ağlı hər bir qüvvədən güclüdür. Bu tamaşada da xeyiyxah insanlar qalib gəlirlər.

Qeyd edək ki, tamaşanın yaxın günlərdə rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində tamaşaçılara təqdim olunması nəzərdə tutulur.