"Son nəfəsədək" trillerinin qala gecəsi keçirilib

Bu yazı 260 dəfə oxunub

Aprelin 12-də saat 19-da Park Cinema İMAX-da "Son nəfəsədək" trillerinin qala gecəsi keçirilib.

Film Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovdu: "Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm. 1989-cu il. Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır..."

Qeyd edək ki, filmdə Füzuli Dövlət Dram Teatrının kollektivi də yer alıb.