“Aprel zəfəri” adlı poetik xalq tamaşası “N” saylı hərbi hissə əsgərlərinə təqdim edilib

Bu yazı 126 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı "Aprel zəfəri” adlı poetik xalq tamaşasını "N” saylı hərbi hissə əsgərlərinə təqdim edib. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Asif Şirinovdur. 

Aprel şəhidlərinin keçdiyi həyat yolu və qəhrəmanlıqlarından bəhs edən tamaşa "Aprel zəfər” nin il dönümü ərəfəsində əsgərlərdə bir daha düşmənə nifrət, vətənə məhəbbət hissləri aşılayıb. Teatr aktyorlarının ifasında Füzuli rayon aprel şəhidləri, Elnur Əliyev, Səyyar Quliyev, Orxan Həmidov və Əlvan Hüseynovun obrazları canlandırılıb. Aprel döyüşlərində göstərdiyi igidliklər bir daha nəzərə çatdırılıb. 

Hərbi hissə heyəti ilə yanaşı 2-5 aprel döyüşü qaziləridə tamaşaçı qismində iştirak edib.