"Bahar çələngi" tamaşa konsert proqramı davam edir

Bu yazı 122 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı novruz bayramı ilə əlaqədar "Bahar çələngi" adlı tamaşa konsert proqramını davam etdirir. Rayonun işğaldan azad olunmuş kəndlərində və yeni salınmış qəsəbələrdə əhaliyə bayram sevinci yaşadır. Ənənəvi olaraq teatr yenə də "N" saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb.

Təşkil olunan tədbirdə teatrla yanaşı respublikanın xalq artisti Valeh Kərimov, Azərbaycanın əməkdar artisti, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissoru Tahir İmanov, Azərbaycanın əməkdar artisti Cabir İmanov qardaşlarının iştirakı ilə "Bəxt üzüyü 2" filminin təqdimatı, teatrın tamaşa-konsert proqramı bayram ərəfəsində əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Teatr mütəmadi olaraq "N" saylı hərbi hissədə çıxışlarına görə hərbi hissə rəhbərliyi tərəfindən fəxrifərmanla təltif olunub. Sonda xatirə şəkili çəkdirilib.