“Bahar çələngi” adlı şou-proqrama start verilib

Bu yazı 213 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı şou-proqrama start verib. 

12 mart 2018-cil il tarixindən etibarən rayonun kənd və qəsəbələrində çıxışlar olunur. Teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan və teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi şou proqramının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Teatr hər il olduğu kimi bu ildə bayram ərəfəsində rayonun kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə silsilə bayram proqramı ilə çıxış edəcək.