“Həmyerlilər” əsəri rayon ictimaiyyətinə təqdim ediləcək

Bu yazı 213 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 07 mart 2018-ci il tarixində 8 Mart beynəlxalq qadınlar günü münasibətilə Horadiz şəhər Muğam mərkəzində car ilin repertuarında olan A.Məmmədovun "Həmyerlilər” əsərini rayon ictimaiyyətinə təqdim edəcək. 

Teatrın quruluşçu rejissoru Əli Hüseynovun verdiyi quruluş əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov , Sehran Xanlarov, Elşən Gözəlov, Sevinc Məmmədova və başqaları çıxış edir. 

Məlumat üçün bildirək ki, hal-hazırda teatrda əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı tamaşanın son məşqləri gedir. Tamaşa 12 mart 2018-cil tarixindən rayonun kənd və qəsəbələrində, teatr binasında ictimaiyyətə təqdim olunacaq.