Füzuli Dövlət Dram teatrında Xocalı faciəsinin 26-cı ildönümü yüksək səviyyədə anılır

Bu yazı 552 dəfə oxunub

Hər il olduğu kimi bu ildə Füzuli Dövlət Dram teatrında Xocalı faciəsinin 26-cı ildönümü yüksək səviyyədə anılır. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan "Şəhid şəhər Xocalı” adlı poetik xalq faciəsi Füzuli rayon Hüquq Mühafizə Orqanları əməkdaşlarına təqdim olunub. 

Teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi tamaşada Xocalı şəhərinin firavan günləri, 1992-ci il 25-dən 26-na keçən o dəhşətli gecə, erməni vəhşiliyi olduğu kimi əks etdirilir. 

Tamaşanın faciə günləri ərəfəsində rayonda yerləşən "N” saylı hərbi hissələrə, həmçinin orta təhsil müəssələrinə təqdim olunması nəzərdə tutulur.