“Şəhidlər ölməz” adlı poetik xalq faciəsi “N” saylı hərbi hissənin şəxsi heyəti qarşısında nümayişə olunub

Bu yazı 272 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 20 Yanvar Faciəsinin 28-ci il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı poetik xalq faciəsini Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən "N” saylı hərbi hissənin şəxsi heyəti qarşısında nümayişə start verib.

Faciənin ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinov, musiqi tərtibatçısı Nizami Süleymanzadə, quruluşçu rəssamı isə Ellinaz Balaşovadır.

Tamaşa şəxsi heyət tərəfindən çox böyük marağla qarşılanıb.

Sonda teatr kollektivinə N saylı hərbi hissənin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub və belə tamaşaların şəxsi heyətdə hərbi vətənpərlik ruhunun aşılanmasında böyük rol oynadığı xüsusilə vurğulanıb.