Teatrda 2017-ci ilin yekunlarına dair iclas keçirilib

Bu yazı 174 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 2017-ci ilin yekunlarına dair iclas keçirilib. 

İclası giriş sözü ilə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq, ilk öncə bütün kollektivi qarşıdan gələn Yeni il və "Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Daha sonra 2017-ci ildə teatrın fəaliyyətinə nəzər salaraq qeyd etdi ki, teatr bu il repertuarında olan dörd əsərə və repertuardan kənar bir əsərə səhnə həyatı verib. Həmçinin müxtəlif kompozisiya və şou-proqramla tamaşaçıların qarşısına çıxıb. Teatr ənənəvi olaraq bu ildə mütamadi olaraq "N” saylı hərbi hissələrdə dəfələrlə tamaşa və konsert proqramı çıxış edib. Teatr rəhbəri kimi Azərbaycan Respublikasının Müdaifə Naziri Zakir Həsənovun xüsusi diplomu ilə təltif olunmağım həm bu əməyimizin nəticəsi, həm də kollektivimizin uğurudur. 

Teatrın baş rejissoru Asif Şirinov isə öz çıxışında 2017-ci ilin repertuarında olan dörd əsər, Ş.Qurbanov "Özümüz bilərik”, M.Qacar "Qabanın səfəri”, E.Hüseynbəyli "Qaçaq qocalar” və M.F.Axundzadə "Aldanmış-kəvakib” haqqında məlumat verib və 2018-ci ilin repertuarın kollektivin nəzərinə çatdırıb. 

Çıxış edən digər iclas iştirakçıları da 2017-ci il üçün teatr haqqında öz təəsüratların qeyd ediblər.