Belə ki, teatr 18 dekabr 2017-ci il tarixindən etibarən rayonun işğaldan azad olunmuş bir neçə kənd və qəsəbəsində Yeni il şou-proqramı ilə çıxış edib. Şənlikdə müxtəlif nağıl qəhrəmanları, Cırtdan, Tıq-tıq xanım, Qırmızıpapaq, Siçan və dovşanın ifasında Yeni il nağılı, həmçinin müxtəlif cizgi film simvollarının, ən əsası isə Şaxtababa və Qarqızın çıxışları bayram ərəfəsində uşaqları sevindirib.
Şou-proqramın ssenari müəlifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru teatrın baş rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadı.
Məlumat üçün bildirək ki, şou-proqram 10 yanvar 2018-ci il tarixinə qədər davam edəcək.
Sosial