Vaqif Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun xüsusi diplomu ilə təltif olunub

Bu yazı 193 dəfə oxunub


Azərbaycan Respublikanın ən gənc şəhəri olan Horadizə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar kütləvi bayram tədbiri keçirilib. 

Tədbirdə bir qrup şəxs rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunublar.

Tədbir Füzuli Dövlət Dram Teatrı üçün də əlamətdar olub. Belə ki, teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vəliyev Vaqif Zülfü oğlu da rayonun ictimai-siyasi həyatında fəal iştirakına, həmçinin mütəmadi olaraq "N” saylı hərbi hissələrdə teatrın nümunəvi çıxışlarına görə Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun xüsusi diplomu ilə təltif olunub.

Həmçinin teatrın hərbi hissələrdə iştirakı, vətənpərvər tamaşalarla, tamaşa-konsert proqramları ilə çıxışları yüksək qiymətləndirilib.