“Olmadı elə, oldu belə” tamaşası Füzuli rayon Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edilib

Bu yazı 209 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı rayonun işğaldan azad olunmuş kənd və yeni salınmış qəsəbələrində silsilə tamaşaların davamı olaraq 19 oktyabr tarixində repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşasını Füzuli rayon Zobucuq 2 və 3 qəsəbə sakinlərinə təqdim edib. 

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Sehran Xanlarov, Elşən Gözəlov, Sevinc Məmmədova, Orxan Əlibəyov və başqaları çıxış edir. Tamaşa qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb. 

Sonda qəsəbə icra nümayəndəsi əhali adından teatr kollektivinə uğurlar arzuladı.