Füzuli Dövlət Dram Teatrında XXIX mövsümün açılışı olub

Bu yazı 316 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında yeni - XXIX mövsümün açılışı olub. 

Öncə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Füzuli teatrının tarixi və bu günü haqqında gələn tamaşaçılara geniş məlumat verib. Daha sonra Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək yeni mövsümlə əlaqədar teatr kollektivini təbrik edib və yeni işlərində uğurlar arzulayıb. Rayon

Təhsil şöbəsinin müdiri Ramella Məmmədova da öz çıxışında teatrın təhsillə vəhdətdə olduğunu və hazırlanan tamaşaların şagirdlərin zövqünü oxşadığını xüsusi vurğulayıb. Daha sonra teatrın ötən mövsümdə uğurları ilə fərqlənən bir neçə aktyor və aktrisası fəxri fərmanla təltif olunub.

Çıxışlardan sonra 2017-ci ilin repertuarında olan Şıxəli Qurbanovun "Özümüz bilərik” tamaşası qonaqlara təqdim olunub.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Elşən Gözəlova, Aygün Cəfərova, Orxan Əlibəyov və başqaları çıxış edir.