Füzuli Dövlət Dram Teatrı bəyanat yaydı

Bu yazı 204 dəfə oxunub


Teatr bəyanat yaydı.

Füzuli Dövlət Dram Teatrı 4 iyul erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: Ötən illərdən bəri davam edən erməni vandalizmi bu gün də davam edir. Balaca Zəhraya atılan güllə bütün Azərbaycan xalqını sarsıtdı. Bir daha Xocalıda vəhşiliklə öldürülən günahsız körpələri gözlərdə canlandırdı. Bu hadisə bütün dünya ictimaiyyətinə erməni vəhşiliyinin var olduğunu və hələ də davam etdiyini göstərdi. Bu gün biz beynəlxalq təşkilatlardan ədalət istəyirik. Dünyaya yeni-yeni alışan, onu dərk edən Zəhranın gələcəyini belə vəhşiliklə əlindən almaq, onun ailəsinə, yaxınlarına bu acı əzabı yaşatmaq heç bir qanuna sığmır. Biz balaca şəhidimiz Zəhranın taleyinin daha başqa bir körpənində yaşamasını istəmirik!

Füzuli Dövlət Dram Teatrı olaraq şəhidlərə rəhmət və ailəsinə Allahdan səbr diləyirik.