Teatr uşaqlara “Hər birimiz bir çiçək” adlı şou-proqram nümayiş etdirilib

Bu yazı 240 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında 1 iyun Usaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Hər birimiz bir çiçək” adlı şou-proqram nümayiş etdirilib.

Proqramın ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşu rejissoru Asif Şirinovdur.

Bayram tədbirində Füzüli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ərazisində fəaliyyət göstərən bağçaların körpə fidanları iştirak edib.

Şou-proqramda şeirlər, rəqslər,cizgi film simvollarının çıxışı və rəqsləri uşaqlarda yüksək əhval - ruhiyyə yaradıb. Sonda isə kollektivlə xatirə şəkili çəkdirilib.