Teatr kollektivi Cocuq Mərcanlıda fəal inşaatçılar qarşısında çıxış edib

Bu yazı 375 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən kəndin abadlaşmasında əmək göstərən fəal inşaatçılar qarşısında çıxış edib.

Teatrın repertuarında olan tamaşalardan parçalar, aparcıların vətənpərvərlik mövzulu şeir və sözləri kəndə böyük ruh yüksəkliyi ilə çalışan insanlarda yüksək əhval-ruhiyyə yaradıb, onların ağır işdən sonar asudə vaxtını daha maraqlı keçirmələrinə səbəb olub.

Sonda teatrın kollektivinə zəhmətkeş və vətənpərvər insanlar tərəfindən gül-çiçəklər təqdim olunub və birlikdə xatirə şəkili çəkdirilib.