Füzuli Dövlət Dram Teatrı repertuarında olan Mərkəz Qacarın "Qabanın səfəri” əsərini Horadiz şəhər 1 saylı uşaq bağçasının kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov və başqaları çıxış edir.
Tamaşa bağça kollektivi tərəfindən maraqla qarşılanıb və uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Copyright © 2014-2020 Bütün hüquqlar Füzuli Dövlət Dram Teatrına məxsusdur
Site by azDesign.ws
Sosial