“Bahar gülüşü” şou-proqramı Horadiz şəhər orta təhsil məktəblərinə təqdim edilib

Bu yazı 230 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı Novruz bayramı münasibətilə hazırlanmış "Bahar gülüşü” adlı şou-proqramı Horadiz şəhər orta təhsil məktəblərinə təqdim edib.

Tamaşada milli nağıl qəhrəmanlarımız, Tıq-tıq xanım və Cırtdanın Novruz əhvalatları, Kosa və Keçəlin zarafatları və digər nağıl personajlarının bayram sərgüzəştləri əks olunur.

Tamaşa bayram ərəfəsində uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb və məktəb kollektivi tərəfindən maraqla qarşılanıb.