Mərkəz Qacarın “Qabanın səfəri” əsərinin son məşqləri gedir

Bu yazı 269 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında 2017-ci ilin repertuarında olan Mərkəz Qacarın "Qabanın səfəri” əsərinin son məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Məryəm Məmmədova Elşən Gözəlov, Vüqar Babayev və başqaları çıxış edir.

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.