"Tarixləşən yaddaşımız" adlı poetik xalq faciəsinin son məşqləri gedir

Bu yazı 182 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında 20 yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş "Tarixləşən yaddaşımız" adlı poetik xalq faciəsinin son məşqləri gedir. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada 20 yanvar şəhidləri İlham və Fərizə, Larisa, İlqar, Ülvi və digər faciə qurbanlarının obrazı canlandırılmış, onların şəhidlik tarixcəsi, keçdiyi həyat yolu, gələcək arzuları səhnələdirilmişdir. 

Tamaşa 15 yanvar tarixindən etibarən rayonun kənd və qəsəbələrində, orta təhsil məktəblərinə, idarə və müəssisə işçilərinə təqdim olunacaq. 

Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu ildə teatr faciə qurbanlarının xatirəsini yüksək səviyyədə anır və hazırladığı kompozisiya və tamaşalarla bir daha o qanlı, eyni zamanda şanlı tarixi yaddaşlarda təzələyir.