“Qış möcüzəsi-2” adlı şou-proqram polis şöbəsinin əməkdaşlarına təqdim edilib

Bu yazı 283 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə hazırlanmış "Qış möcüzəsi-2” adlı şou-proqramı rayon polis şöbəsinin şəxsi heyətinin uşaqlarına təqdim edib. 

Şou-proqramda müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, Maşa və Ayı, Dovşan və Canavarın , maraqlı çıxışları, Şaxtababa və Qarqızın sürprizləri bayram ərəfəsində uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb. 

Sonda çıxış edən rayon polis şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov bütün heyət adından təşkil olunan şou-proqram üçün teatr kollektivinə öz təşəkkürünü bildirib. 

Tədbirin sonunda yeni il hədiyyəsi balacalara təqdim edilib.