Füzuli Dövlət Dram Teatrı Yeni il qabağı “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

Bu yazı 268 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı ənənəyə uyğun olaraq "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Belə ki, teatr kollektivi yeni il qabağı əsgərlərin görüşünə gedib. Teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb”, M.Ələsgərovun "Uzun Qoşun” tamaşalarından parçalar təqdim edib.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib. Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər bayram ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.

Məlumat üçün bildirək ki, teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə əsgərlərlə görüşür, tamaşa və konsert proqramı ilə əsgərlərin asudə vaxtlarını daha maraqlı və fərqli keçirmələri üçün əlindən gələni edir.