Teatr Yeni il münasibətilə təşkil olunmuş “Qış möcüzəsi-2” adlı şou-proqrama start verib

Bu yazı 289 dəfə oxunub


Bu gün Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə təşkil olunmuş "Qış möcüzəsi-2” adlı şou-proqrama start verib.

Teatr yeni il qabağı rayonun bir neçə kənd və qəsəbəsində uşaqları yeni il şou-proqramı ilə sevindirib. Ssenari müəllifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimova olan bayram şənliyinin quruluşçu rejissoru Asif Şirinov, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada müxtəlif nağıl qəhrəmanlarının, cizgi film simvollarının Maşa və Ayı, Dovşan və Canavarın ən əsası isə Şaxta baba və Qarqızın maraqlı çıxışları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Onlarda bayram əhval-ruhiyyəsi yaradıb.

Məlumat üçün bildirək ki, teatr 10 yanvar 2016-cı il tarixədək rayonun işğaldan azad olunmuş kəndlərində və yeni salınmış qəsəbələrində "Qış möcüzəsi-2” adlı şou ilə çıxış edəcək.