Ə.B.Haqverdiyevin “Dağılan tifaq” tamaşası ictimaiyyətə təqdim olunub

Bu yazı 478 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Ə.B.Haqverdiyevin "Dağılan tifaq” tamaşasını ictimaiyyətə təqdim edib. 

Tamaşanın quruluşçu rejissoru Qaçaq Qarayev, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda İntizar Quliyeva, Elşən Gözəlov, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Aygün Cəfərova, Vaqif Rəhimov, Vüqar Babayev və başqaları çıxış edir.

Bugünkü dövrə də xas olan və aktuallığını itirməyən, bir ailənin məhvinə səbəb olan bütün hallar tamaşada öz əksini tapıb.Buna görə də tamaşa teatr sevənlər tərəfindən maraqla qarşılanıb.