“Qış möcüzəsi-2” adlı yeni il şou proqramının məşqləri gedir

Bu yazı 245 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında "Qış möcüzəsi-2” adlı yeni il sou proqramının məşqləri gedir.

Dekabr ayının 15-dən etibarən rayonun işğaldan azad olunmuş kəndlərində və yeni salınmış qəsəbələrində təqdim olunacaq proqramın ssenari müəlifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Müxtəlif nağıl qəhrəmanlarının, cizgi film simvollarının, Şaxta Baba və Qarqızın basına gələn maraqlı qış əhvalatlarından bəhs edən bu proqramda uşaqların əylənməsi, yeni ili daha yadda qalan və maraqlı keçirmələri üçün müxtəlif oyunlar təşkil olunub.