“Müsibəti-Fəxrəddin” tamaşası orta məktəb kollektivinə təqdim olunub

Bu yazı 362 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı 2016-cı ilin repertuarında olan Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin” tamaşasını Horadiz şəhər orta məktəb kollektivinə təqdim edib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Elşən Gözəlov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Qaçaq Qarayev, Məryəm Məmmədova, Vüqar Babayev və başqaları çıxış edir.

Ədəbiyyatımızda ilk faciə olan bu əsər bütün müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılandı. Orta məktəb dərslik proqramında olan bu əsərin şagirdlər tərəfindən əyani olaraq görülməsi şagirdlərdə maraq doğurduğu qeyd olundu.

Tamaşanın sonunda çıxış edənlər tamaşadan razı qaldıqlarını bildirdilər və kollektivə gələcək işlərində uğurlar arzuladılar.