Füzuli DDT-da N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin səhnə məşqləri gedir

Bu yazı 318 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında 2016-cı ilin repertuarında olan N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin” əsərinin səhnə məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.