Sentyabr ayının 23-də Qazaxıstan Respublikasının Parlamentinin deputatı, professor Nurlan DülambekovMilli Kitabxanada olmuşdur.
Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonağı kitabxana, eləcə də Açıq kitabxana ilə tanış etmiş, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat vermiş, qonağın suallarını cavablandırmışdır.
Sonda Qobustan minilliklərin kitabı (Azərbaycan və rus dillərində) və Azərbaycan Milli Kitabxanası "Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabları qonağa hədiyyə verilmişdir.
Copyright © 2014-2020 Bütün hüquqlar Füzuli Dövlət Dram Teatrına məxsusdur
Site by azDesign.ws
Sosial