Füzuli DDT-ı “Qurban bayramı” münasibətilə “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

Bu yazı 468 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, teatr kollektivi "Qurban bayramı” münasibətilə Ağcabədi rayonunda yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb. Teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb”, M.Ələsgərovun "Uzun Qoşun” tamaşalarından parçalar təqdim edib.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib. Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər, aparıcıların əsgər həyatına həsr olunmuş şer və cümlələri bu bayram ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.

Məlumat üçün bildirək ki, teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə əsgərlərlə görüşür, tamaşa və konsert proqramı ilə əsgərlərin asudə vaxtlarını daha maraqlı və fərqli keçirmələri üçün əlindən gələni edir.