Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıtdı

Bu yazı 282 dəfə oxunub


Teatr yeni mövsümə hazırlaşır.

Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü 25 sentyabrda 2016-cı ilin repertuarında olan Altay Məmmədovun "Həmyerlilər” əsəri ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.

Qeyd edək ki, cari mövmümdə teatr həmçinin "N” saylı hərbi hissələrdə, rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, idarə, müəssisələrində, təhsil ocaqlarında yeni-yeni tamaşalarla tamaşaçıları sevindirmək niyyətindədir.

Bundan başqa yeni mövsümdə N.B.Vəzirovun "Müsibəti Fəxrəddin”, M.F.Axundzadənin "Hacı Qara”, A.Məmmədovun "Həmyerlilər”, N.B. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” nümayiş etdirilməsi planlaşdırılır.