Teatr XXVII mövsümünü bağladı

Bu yazı 431 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı XVII mövsümünü Ş.Qurbanovun "Olmadı elə, oldu belə” tamaşası ilə bağladı.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Vaqif Rəhimov,Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Vüqar Babayev, Firuzə Səfərəliyeva, Aygün Cəfərova və başqaları çıxış edir.

Mövsüm bağlanışından sonra teatr yekun iclasını keçirmişdir. İlk öncə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev növbəti mövsüm bağlanışı münasibətilə teatr kollektivini təbrik etdi və gələcək yeni mövsümdə uğurlar arzuladı. Daha sonra XXVII mövsüm ərzində teatrın uğurlarından, oynanılan tamaşalardan bəhs etdi. Çıxış edən teatrın baş rejissoru Asif Şirinov, baş rəssamı Ellinaz Balaşova, ədəbi hissə müdiri Əfsanə Kərimova, teatrın qocaman aktyoru Vaqif Rəhimov və digərləri bu mövsümün teatr üçün uğurlu olduğunu bildirdilər.

Məlumat üçün bildiririk ki, teatr XXVIII mövsümünü 25 sentyabr 2016-cı il tarixində Altay Məmmədovun "Həmyerlilər” əsəri ilə açacaq.