“Olmadı elə, oldu belə” tamaşası rayon səhiyyə şöbəsinin əməkdaşlarına təqdim edilib

Bu yazı 390 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı2016-cı ilin repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşasını rayon səhiyyə şöbəsinin əməkdaşlarına təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Sehran Xanlarov, Firuzə Səfərəliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Vüqar Babayev və başqaları çıxış edir.