Füzuli DDT-nın aktrisası Məryəm Məmmədova 67 yaşını qeyd edir

Bu yazı 365 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrının aktrisası, "Fəxri mədəniyyət işçisi" Məryəm Məmmədovanın 67 yaşı tamam olur.

Məryəm Eyvaz qızı Məmmədova 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. 1989-cu ildən Füzuli DDT-da işləyir. İşlədiyi müddətdə C.Cabbarlı "Almaz”da Xanımnaz, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nazlı, M.Qacar "Qabanın səfəri”ndə Toyuq, A.Məmmədov "Həmyerlilər”də Xanım, C.Məmmədov "Sevməyə vətən yaxşı”da Nurcahan nənə, A.Səfərli "Qarabağım qan ağlar”da Sona, , S.S.Axundov "Tamahkar”da Şərəf xanım, "Eşq və İntiqam”da Həcər xanım, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Xırda xanım, S.Axundov "Bəndalı bəndə düşüb”də Narxanım, M.F.Axundzadə "Hacı Qara”da Sona, Ə.Əmirli "Onun iki qabırğası”da Nənə, L.Rəşidzadə "Toya bir gün qalmış”da Bikə,C.Məmmədov "Günəş zindan”da Gülzar, C.Cabbarlı "Aydın”da Susana, Ə.Əmirli "Varlı qadın”da müxbir, Əfqan "Qız atası”da Məryəm, A.Məmmədov "Kişilər”də Fəruxbəyim,h S.Dağlı "Oyun bitdi”də Usandıq, İ.Əfəndiyev "Unuda bilmirəm”də Səadət və s.obrazlar yaratmışdır.

Məryəm Eyvaz qızı Məmmədova 2013-cü il 25 iyun tarixdə Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.