Mədəniyyət və Turizm Nazirliyi işçi axtarır

Bu yazı 283 dəfə oxunub


Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.


Nazirlikdən verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizənin surəti

- əmək kitabçasının surəti

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)

- 1 ədəd ağ fonda rəngli fotoşəkil (3 x 4 sm ölçüdə)

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.

Müsahibədə iştirak etmək üçün ərizələr iyunun 23-dən iyulun 7-dək saat 09:00-dan 18:00-dək Mədəniyyət və Turizm Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Struktur bölmənin adı: İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi, əmlakın və layihələrin idarəedilməsi sektoru

Vakant vəzifə: aparıcı məsləhətçi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

Qulluq funksiyaları:

- mədəniyyət və turizm obyektlərinin təmir-bərpası, yenidənqurulması, tikintisi, layihələndirilməsi və istismara qəbul edilməsi ilə bağlı məlumatları təhlil edərək müvafiq dövlət qurumlarına təqdim etmək üçün hesabatların hazırlanması;

- əmlakın səmərəli istifadəsi istiqamətində təhlillərin aparılması, rəy və təkliflərin verilməsi, əmlakın balansa götürülməsi və balansdan çıxarılması işinin təşkili;

- Nazirliyin strukturları tərəfindən hazırlanmış sənəd layihələrinə (məktub, arayış, sorğu və s.) dair rəy və təkliflər vermək; sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və tapşırıqların həyata keçirilməsi; Dövlət proqramlarının yerinə yetirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək; sektorun iş planının tərtib edilməsi;

- sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması və s.

Vəzifənin tutulması şərtləri:

Təhsil: : texniki və inşaat ixtisas istiqamətləri üzrə ali təhsil;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

Müsahibəyə dair ətraflı məlumat almaq üçün nazirliyin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar: (012) 598-40-55(012) 598-40-55, 493-02-60

İnternet sayt : www.mct.gov.az