Füzuli Dövlət Dram teatrı “Olmadı elə, oldu belə” əsərini rayon Polis Şöbəsi işçilərinə təqdim edib

Bu yazı 416 dəfə oxunub


Füzuli Dövlət Dram teatrı 2016-cı ilin repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” əsərini rayon Polis Şöbəsi işçilərinə təqdim edib.

Mövzusu XX əsr zavod və fabriklərində olan bəzi savadsız rəhbərlərin və onların əlaltılarının yeni gənc və savadlı kadrlarla apardığı mübarizədən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, İntizar Quliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Vüqar Babayev, Firuzə Səfərəliyeva və başqaları çıxış edir.