Teatrda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib

Bu yazı 397 dəfə oxunub

Füzuli Dövlət Dram teatrında 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Horadiz şəhər 1 saylı orta məktəbin drektoru Hafiz Tahirov uşaqları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, hər il bu bayram bütün dünyada, eləcə də ölkəmizdə geniş şəkildə qeyd edilir.

Daha sonra Füzuli Dövlət Dram Teatrının repertuarında olan Cahangir Məmmədovun "Günəş zindanda " əsəri məktəbin müəllim və şagird kollektivinə təqdim olundu. Tədbirin sonunda isə məktəblilərlə xatirə şəkili çəkdirildi.